Azərbaycanda Xəzəryanı ölkələrin humanitar reaksiya üzrə mərkəzi yaradılacaq. Bunu RF Fövqəladə Hallar Nazirliyi yanında Beynəlxalq humanitar əməliyyatlarda Rusiyanın iştirakının təmini və əlaqələndirilməsi üzrə Agentliyin direktoru Yuri Brajnikov deyib.
"Mərkəz Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İranın Fövqəladə Hallar nazirliklərinin əməkdaşlığı haqqında saziş imzalandıqdan sonra Bakıda yaradılacaq”, - deyə o, "Московский комсомолец” nəşrinə müsahibəsində bildirib.
Direktorun sözlərinə görə, artıq Azərbaycanda faktiki olaraq Mülki Müdafiə Akademiyası yaradılıb, Rusiya tərəfi öz təcrübəsini, laboratoriyasını, siniflərini ora verib. “Yəni orada (Azərbaycanda – İF) təlim bazası artıq yaradılıb, bunun əsasında faktiki olaraq reaksiya üzrə mərkəzin yaradılmasına başlanılıb”, - deyə Y.Brajnikov qeyd edib.*
A.Əzizov