Azərbaycan Mərkəzi Bankı valyuta hərraclarında məhdud həcmdə iştirak edə bilər. Bunu AMB-nin Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib.
“AMB valyuta hərraclarında iştirak imkanını istisna etmir, lakin bu məhdud həcmdə olacaq”, - A.Ələsgərov cümə axşamı Bakıda bildirib.
Onun sözlərinə görə, həmçinin manatın məzənnəsi tədiyə balansının dinamikasından asılı olacaq. “Əgər 2018-ci ildə neftin qiyməti kəskin azalarsa, o zaman tədiyə balansının profisiti meydana gələcək”, - A.Ələsgərov qeyd edib.
O hesab edir ki, tədiyə balansının profisiti valyuta bazarında tələbat və təklif balansını təmin edəcək. “Bu balansdan asılı olaraq, biz manatın məzənnəsinin formalaşmasına çalışacağıq”, - A.Ələsgərov vurğulayıb.
Departament direktoru vurğulayıb ki, Azərbaycanın tədiyə balansının profisiti yalnız neftin qiymətindən asılı deyil. “Qeyri-neft sektorunda artım, turizm xidmətləri üzrə müsbət saldo var. Ölkədə iqtisadi vəziyyətin yaxşılaşması da valyuta bazarında vəziyyətə müsbət təsir göstərir. Əgər bütün bu tendensiyalar qorunarsa, o zaman valyuta bazarına müsbət təsir edəcək. Yeni fiskal tələblərə keçid digər amil olacaq, bu da gələcək illərdə ARDNF-nin valyuta bazarında təkliflərini stabilləşdirməyə imkan yaradacaq. Nəticədə, bütün bunlar manatın məzənnəsinin daha çox qeyri-neft sektorundan valyuta daxilolmalarından asılı olacaq”, - A.Ələsgərov vurğulayıb. **
N.Abbasova