Azərbaycan vətəndaşlarına "ASAN xidmət" mərkəzləri tərəfindən viza veriləcək. Bunu bu gün jurnalistlərə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
"Azərbaycan vətəndaşlarına "ASAN xidmət" mərkəzləri tərəfindən viza verilməsi üçün "ASAN Viza - 2" konsepsiyası hazırlanır. Hazırda müvafiq qurumlarla danışıqlar aparılır”, - deyə o bildirib.
Sədr qeyd edib ki, pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsinin qurulması planlaşdırılır. Nəticədə Azərbaycan vətəndaşlarının viza əldə etməsi proseduru asanlaşacaq.*
B.Rüstəmbəyov