“VTB Bank (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.
“Fevralda “VTB Bank (Azerbaijan)”ın səhmdarlarının növbədənkənar iclası keçirilib. İclasda bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib. Nəticədə Müşahidə şurasının yeni tərkibi aşağıdakı kimi təsdiqlənib: Bortnikov Denis Aleksandroviç (MŞ-nın sədri), Tsaryev Sergey Vladimiroviç (MŞ-nın sədr müavini) və Popov Dmitriy Sergeyeviç (MŞ-nın üzvü)”, - məlumatda deyilir.
Hazırda D.Bortnikov "VTB Bank Rusiya" prezidentinin, İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır, S.Tsaryev "VTB Bank”ninidarəedici direktorudur. **
A.Əzizov