“PricewaterhouseCoopers” (PWC) şirkəti “Azərpoçt” MMC-nin maliyyə hesabatının auditoru oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“PWC” “Azərpoçt”un 2017-2019-cu illər ərzində Beynəlxalq Audit Standartları üzrə maliyyə hesabatının auditinin aparılmasına dair tenderin qalibi olub. Fevralın 26-da tərəflər arasında müvafiq müqavilə imzalanıb”, - nazirlikdən qeyd ediblər.
Müqavilənin dəyəri 166,38 min manatdır. **
A.Əzizov