Prezident İlham Əliyev bu gün yanğının baş verdiyi Respublika Narkoloji Mərkəzinə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Aidiyyəti qurumların rəhbərləri yanğının baş vermə səbəbləri və nəticələri barədə prezident İ.Əliyevə məlumat veriblər.
Respublika Narkoloji Mərkəzində yanğın bu gün səhər baş verib.
Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin məlumatına görə, yanğın zamanı 24 nəfər həlak olub.*
A.Əzizov