Avropa Şurasının baş katibi Torbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
“Bakıda Narkoloji Mərkəzində baş vermiş dəhşətli yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə məlumat məni dərindən sarsıtdı. Özümün və Avropa Şurası adından həlak olanların ailələrinə, Azərbaycan hökuməti və xalqına başsağlığı veririəm. Bu faciəli vaxtda Avropa Şurası Azərbaycanın yanındadır”, - AŞ-nın mətbuat xidmətinin yaydığı T.Yaqlandın başsağlığı məktubunda deyilir. **
A.Əzizov