“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2018-ci ilin yanvar-fevral aylarında 4,044 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-fevral aylarında ASC-nin elektrik stansiyalarında 4,072 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, 2018-ci ilin yanvar-fevral aylarında hasilat 0,7% azalıb.
Fevral ayında “Azərenerji” 1,921 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
2017-ci ildə “Azərenerji” 20 mlrd. 29,9 kVt/saat elektrik enerjisi istehsal edib. **
N.Abbasova