Mərakeşin xarici işlər naziri Nasser Bourita martın 5-də Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Səfər çərçivəsində N.Bourita azərbaycanlı həmkarı Elmar Məmmədyarov və respublikanın digər rəsmi şəxsləri ilə görüşəcək”, - deyə məlumatda bildirilir.
Görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafı müzakirə olunacaq.*
F.İsazadə