Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi haqqında ümumilikdə 11 mln. 812,054 min manat məbləğində 4 müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İki yaşayış binasının tikintisi «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən həyata keçiriləcək. Korporasiya ilə ümumi dəyəri 5 mln. 896,429 min manat olan iki müqavilə bağlanıb.
Bundan başqa, «Lanel» MMC ilə 2 mln. 945,942 min manatlıq və «Rabitəinşaat» ASC ilə 2 mln. 969, 682 min manatlıq müqavilə bağlanıb.
9 mərtəbəli yaşayış binaları 54 mənzildən ibarət olacaq.*
B.Rüstəmbəyov