Qazaxıstan prezidenti Nursultan NazarbayevAzərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində 25 nəfərin həlak olması ilə nəticələnmiş yanğınla əlaqədar başsağlığı verib.
“Qardaş Azərbaycan xalqının dərdini bölüşür, öz adımdan və Qazaxıstan xalqı adından ölənlərinailələrinə və yaxınlarına başsağlığı verirəm. Hadisə nəticəsində xəsarət alan şəxslərintezliklə sağalmasını arzulayıram”, – deyə başsağlığında qeyd edilir.*
F.İsazadə