Rusiyanın KM.RU nəşrində Xocalı soyqırımına həsr olunan məqalə dərc olunub. Həmin məqalədə dinc azərbaycanlı əhalinin qətlində günahkar şəxslər üçün Nyurnberq prosesinə analoji beynəxalq məhkəmənin təşkili təklif olunur.
Məqalədə Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın Tomas de Vaala müsahibəsində dediyi sözlər, xüsusilə aydın şəkildə etiraf olunur: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik”.
Müəllif qeyd edir ki, “Tomas de Vaalın sözlərindən sitat gətirdiyi erməni qoşun başsısı Serj Sarkisyan - məhz Ermənistanın hazırki prezidenti Serj Sarkisyandır”.
“Hörmətli oxucular, sizə elə gəlmir ki, Xocalıda baş verənlər bizi Sovet İttifaqının işğal olunmuş ərazilərində Hitlerin cəza dəstələlərinin bu cür qırğınlar törətdikləri dövrlərə qaytarır? Və əgər nasist liderləri Nyurnberq prosesində müttəhim kürsüsünə əyləşiblərsə, bəlkə Xocalının dinc sakinlərinin qətlində günahkar olanlar analoji beynəlxalq məhkəməyə layıqdirlər?”, - müəllif sual edib.
Məqalənin tam mətni ilə http://www.km.ru/v-rossii/2018/02/28/konflikt-v-nagornom-karabakhe/820781-na-oblomkakh-sssr-prestuplenie-bez-nakazani saytında tanış olmaq mümkündür. **
A.Əzizov