Azərbaycan Silahlı Qüvvələri şənbə günü Ermənistana məxsus pilotsuz uçuş aparatı zərərsizləşdirib.
“Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən zərərsizləşdirilib”, - Müdafiə Nazirliyinin məlumatında deyilir. **
A.Əzizov