Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin fevral ayında valyuta hərraclarında $364,1 mln. məbləğində valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
"ARDNF bu ilin fevral ayında valyuta hərraclarında $364,1 mln. məbləğində valyuta satıb", - məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Fond 2018-ci ilin yanvar ayında valyuta hərraclarında $299,1 mln. məbləğində valyuta satışı həyata keçirib. Beləliklə, cari ilin fevral ayında valyuta satışının həcmi yanvar ayı ilə müqayisədə 21,7% artıb.
Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində valyuta satıb, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır. **
A.Əzizov