Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənərək ölüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
Həlak olanlardan 3-ü uşaqdır. Onların ən böyüyü 9 yaşında olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
“Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri müəyyən edilib. Hazırda hadisənin baş vermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.*
A.Əzizov