"PSG-Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını iki dəfə - 2 mln. manatadək artırmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
"Nizamnamə kapitalının artırılması 1 mln. manatlıq səhmin əlavə emissiyası hesabına həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
Əlavə emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1 min ədəd səhmə bölünüb.
"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) şirkətin səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb", - deyə məlumatda qeyd olunur.
“PSG-Kapital” yaxın vaxtlarda nizamnamə kapitalının artırılması prosesini başa çatdırmağı planlaşdırır.*
A.Əzizov