31 yanvar 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 28 mlrd. 169,7 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar ayında bankların aktivləri 0,9% artıb.
Yanvarın 31-nə bankların kredit portfeli 11 mlrd. 242,2 mln. manat (azalma 0,9%) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 3 mlrd. 801,8 mln. manat (artım 2,5% - İF) təşkil edir.
2018-ci il fevralın əvvəlinə bankların öhdəlikləri 24 mlrd. 367,9 mln. manata (artım 0,6%), Mərkəzi Bank qarşısında öhdəlikləri 501,7 mln. manata (azalma 1,2%) bərabərdir.
31 yanvar 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət üçün lisenziyaya malikdir. Bu bankların 15-i xarici kapitallıdır.
Yanvar ayının sonuna bankların 511 filialı və 142 şöbəsi var.
Azərbaycanın bank sektorunda 16,207 min nəfər (artım 0,2%) çalışır.*
A.Əzizov