2006-2017-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin ümumi mənfəəti 47 mln. manat təşkil edib. Bu barədə AİŞ-in icraçı direktoru Rövşən Nəcəf bu gün mətbuat konfransında bildirib.
«Şirkətin fəaliyyət göstərdiyi 2006-2017-ci illərdə gəlirləri 74 mln. manat, mənfəəti 47 mln. manat təşkil edib», - deyə o qeyd edib.
İcraçı direktorun sözlərinə görə, bu dövrdə AİŞ tərəfindən $194 mln. məbləğində investisiya yatırılıb, şirkətin iştirakı ilə həyata keçirilən layihələrə $450 mln. məbləğində investisiya cəlb olunub. AİŞ-in iştirak etdiyi layihələrin ümumi dəyəri $1,2 mlrd. təşkil edib.
R.Nəcəf əlavə edib ki, 2017-ci ilin yekunları üzrə AİŞ-in gəlirləri 4,785 mln. manata, mənfəəti 2,728 mln. manata bərabər olub.*
B.Rüstəmbəyov