Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn bir sıra sənədlər imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, sənədlər Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın Azərbaycana səfəri çərçivəsində imzalandı.
Xüsusilə, tərəflər arasında Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir vergilərinə münasibətdə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya və təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalandı.
O cümlədən, “Azərbaycan Dəmir Yolları” QSC və “Mərakeş Milli Dəmir Yolları” arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dəniz Araşdırmaları Ali İnstitutu arasında Niyyət Protokolu imzalanıb. **
F.İsazadə