31 yanvar 2018-ci il tarixinə əhalinin bank əmanətləri 7 mlrd. 482,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında qeyd edilir.
2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 542,5 mln. manat həcmində qiymətləndirilir. Beləliklə, 2018-ci ilin yanvar ayında əhalinin bank əmanətləri 0,8% azalıb.
31 yanvar tarixinə əhalinin bank əmanətləri strukturunda müddətli əmanətlər 5 mlrd. 225,5 mln. manat (yanvarda artım 0,7%), tələbli əmanətlər 2 mlrd. 257 mln. manat (azalma 4,2%) təşkil edib.
2018-ci il yanvarı ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 9 mlrd. 432,1 mln. manat həcmində qiymətləndirilir (artım 0,8%).
Bütövlükdə, 31 yanvar tarixinə banklarda əmanət və depozitlərin ümumi həcmi 16 mlrd. 914,6 mln. manat təşkil edir (artım 0,1%). **
A.Əzizov