Azərbaycanda prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensiv şəkildə davam etdiriləcək. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Biz münaqişənin həlli ilə bağlı danışıqları prezident seçkilərindən sonra daha intensiv şəkildə davam etdirmək qərarına gəlmişik. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərini məlumatlandırmışıq”, - deyə o, bu gün Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, hazırda danışıqların növbəti raundunun keçiriləcəyi yer və hansı səviyyədə olacağı müəyyən edilir. Azərbaycanda və Ermənistanda yeni hökumət formalaşdıqdan sonra danışıqlar davam etdiriləcək”, - deyə E.Məmmədyarov əlavə edib.
N.Bourita isə vurğulayıb ki, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. “Mövqeyimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır”, - deyə o əlavə edib.*
F.İsazadə