Azərbaycanda birdəfəlik şpris istehsalı üzrə zavodun dəyəri $4 mln. təşkil edəcək. Bunu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf bazar ertəsi mətbuat konfransında deyib.
“Diamed CO” MMC-nin inşa edəcəyi birdəfəlik şpris istehsalı üzrə zavodun dəyəri $4 mln. təşkil edəcək. Bu məbləğin $1,7 mln.-u AİŞ-in sərmayələrinin payına düşür”, - R.Nəcəf bildirib.
Onun sözlərinə görə, müəssisə 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisənin gücü illik 60 mln. şpris təşkil edəcək. “Daxili bazarın tələbatı ödəniləndən sonra müəssisənin məhsulları Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac olunacaq”, - R.Nəcəf vurğulayıb.
Zavodun tikintisi Pirallahı Sənaye Parkının ərazisində aparılır. “Diamed CO” MMC 14 aprel 2017-ci il tarixində Azərbaycanda yaradılıb. 26 may tarixində Pirallahı Sənaye Parkının rezidenti oldu. Zavodda daimi əsasda 50 nəfər çalışacaq. **
B.Rüstəmbəyov