2018-ci ilin yanvar ayında 18 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $74,601 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2018-ci ilin yanvar ayının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($15,6 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($11 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “Det-al Aluminum” ($7,6 mln.), "AzerGold" QSC ($6,7 mln.), "Azərenerji" ($2,6 mln.) və “Azərbaycan Hava Yolları” QSC ($1,9 mln.) də daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk beşlikdə «Aqrodoctor» MMC ($6,4 mln.), "MTK Istehsalat Kommersiya" MMC ($4,5 mln.), “Gulf Drilling Azerbaijan” ($4,5 mln.), «CTS-Agro» ($2,5 mln.) MMC, Baku Steel Company ($2,4 mln.) təmsil olunur.
Azərbaycan bu ilin yanvar ayında $123 mln. məbləğində qeyri-neft məhsulu ixrac edib.*
N.Abbasova