Bakı Moskvanın razılığı ilə Dağlıq Qarabağda separatçı rejimi məhv edə bilər. Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov belə hesab edir.
“Mənim fərziyyəm ondan ibarətdir ki, təkrar edirəm, bu yalnız mənim fərziyyəmdir, Rusiyanın mövqeyi aşağıdaki kimidir: Azərbaycan Dağlıq Qarabağ ətrafında işğal olunan bütün rayonları qaytarmaq hüququna malikdir. Əgər Azərbaycan Daqlıq Qarabağda hazırki hakimiyyəti məhv etmək istəyirsə, bu barədə ən azı Rusiya ilə razılığa gəlmək lazımdır”, - O.Kuznetsov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun rəyinə görə, indiki geosiyasi vəziyyətə əsasən, Kreml Cənubi Qafqazda özünün əlaltısının müdafiəsinə qalxmayacaq.
“Ermənistanın mövqeyindən yaranan vəziyyətə əsasən isə, sözsüz ki, sövdələşmə olacaq. Əminəm ki, Dağlıq Qarabağ ətrafında işğal olunan rayonları barəsində, belə deyək, meydana gələn geosiyasi vəziyyətdə özünün silahlı qüvvələrini Azərbaycana qarşı istifadə etməyəcək”, - politoloq vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq mümkündür. **
F.İsazadə