Azərbaycan hökuməti 2017-ci ildə birbaşa və zəmanətli xarici borca xidmət göstərilməsi üçün ödənişlərin həcmini 2016-cı illə müqayisədə 19% - $855,9 mln.-dək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"2017-ci ildə xarici borca xidmət göstərilməsinə dövlət büdcəsindən $855,9 mln. yönəldilib. Bunun $668,7 mln.-u əsas borc üzrə ödənişlərin (artım 17,5%), $187,2 mln.-u isə faizlər üzrə ödənişlərin (artım 24,9%) payına düşüb", - deyə məlumatda bildirilir.
1 yanvar 2018-ci il tarixinə Azərbaycanın istifadə olunmuş kreditlər və zəmanətlər üzrə xarici borcu $9 mlrd. 398,3 mln. və ya ÜDM-nin 22,8%-ni təşkil edir. Bununla belə, xarici borcun $5 mlrd. 510,4 mln.-u və ya 58,6%-i hökumət tərəfindən alınan borcların, $3 mlrd. 331,4 mln. və ya $35,5% - xarici valyutada buraxılmış istiqrazların, $556,5 mln. və ya 5,9% isə dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb.
2018-ci il yanvarın 1-nə Azərbaycanda əhalinin hər nəfərinə düşən xarici borc $949,5 mln. təşkil edir.*
A.Əzizov