2017-ci ildə Vergilər Nazirliyinin həyata keçirdiyi səyyar yoxlamarın nəticələri üzrə dövlət büdcəsinə ödənilən vergilərin əlavə həcmi 864 mln. 910,95 min manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 11% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il nazirliyin səyyar yoxlamaları 5,878 min vergi ödəyicisini (2016-cı illə müqayisədə azalma 17,3% - İF), həmçinin 4,351 min hüquqi və 1,527 min fiziki şəxsi əhatə edib”, - hökumətin 2017-ci il ərzində hesabatında deyilir.
Aparılan yoxlamalar zamanı 5,778 min vergi ödəyicisində müəyyən pozuntular aşkar edilib.
“Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 864 mln. 910,95 min manat təşkil edib, bunun 555 mln. 412,97 min manatı və ya 64,2%-i əlavə vergilər, 309 mln. 497,98 min manatı və ya 35,8%-i maliyyə sanksiyaları və penya təşkil edib”, - hökumətdən bildiriblər. **
A.Əzizov