1 yanvar 2019-cu ilə qədər Azərbaycana idxal olunan işıqlandırıcı kerosin və texniki məqsədlər üçün kerosinə tətbiq edilən gömrük rüsumu ləğv edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
2 mart 2018-ci il tarixində “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklik edib.
“Azərbaycana idxal edilən KO-20 markalı işıqlandırıcı kerosin və KT2 markalı texniki məqsədlər üçün kerosinə tətbiq edilən gömrük rüsumu ləğv edilib. Qərar 1 yanvar 2019-cu ilə qədər qüvvədədir.Bu tarixə kimi bu nöpv kerosinin idxalına rüsum 15%-dən 0-dək azaldılıb”, - qərarda deyilir.
Nazirlər Kabinetinin digər qərarı ilə respublikaya idxal olunan reaktiv mühərriklər üçün digər yanacaq və kerosinə tətbiq edilən aksiz vergi dərəcəsini müəyyən edib.
Xüsusilə, Azərbaycanda reaktiv reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi 1 ton üçün 1 manat müəyyən edilib. Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi 1 ton üçün 80 manat müəyyənləşib.
Qərar 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir. **
N.Abbasova