Azərbaycanda bir neçə bank güzəştli kreditlərin verilməsi üzrə agent bank olmaq təklifi ilə Sahibkarlığa Kömək Milli Fonduna (SKMF)müraciət edib. Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoruŞirzad Abdullayev çərşənbə axşamı jurnalistlərə deyib.
“Bir neçə bank güzəştli kreditlərin verilməsi üzrə agent bank olmaq təklifi ilə Fonda müraciət ünvanlayıb. Bu müraciət “DəmirBank”ın lisenziyasının ləğv edilməsi ilə əlaqədardır. Hazırda SKMF tərəfindən daxil olan təkliflərə baxılır”, - Ş.Abdullayev vurğulayıb. **
B.Rüstəmbəyov