Sahibkarlığa Kömək Milli Fondu (SKMF) yaxın vaxtlarda “Azərbaycan Sənaye Bankı” (ASB) ASC ilə niyyət protokolu imzalayacaq.
Fondun icraçı direktoru Şirzad Abdullayev bu gün jurnalistlərə məlumat verib ki, protokol çərçivəsində şəkər çuğundurunun becərilməsi üzrə layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
«Sənədə əsasən, SKMF ASB-nin dəstəklədiyi investisiya layihələrinin maliyyələşdirilməsi üçün güzəştli kreditlər verəcək. Kreditlər 7 min ha ərazidə şəkər çuğundurunun becərilməsini nəzərdə tutan layihələrə ayrılacaq”, - deyə o bildirib.
İcraçı direktor qeyd edib ki, bu məqsədlər illik faiz dərəcəsi 3% olmaqla 7 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulub.*
B.Rüstəmbəyov