2017-ci ildə Azərbaycanın müdafiə sənayesi müəssisələri tərəfindən 279,4 mln. manatlıq ($164 mln.) məhsul istehsal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Bütövlükdə 256,7 mln. manatlıq (91,9%) müdafiə, 22,7 mln. manatlıq mülki təyinatlı məhsul istehsal olunub», - deyə hökumətin 2017-ci ilə dair hesabatında qeyd olunur.
Ötən il müəssisələrdə məhsul istehsalı 2016-cı illə müqayisədə 2,6%, 2010-cu illə müqayisədə 3,1 dəfə artıb.
Hesabatda bildirilir ki, Azərbaycan 2017-ci ildə müdafiə məhsullarının ixracını 2016-cı illə müqayisədə 2,3 dəfə artırıb. Hazırda respublika 10-dan çox ölkəyə müdafiə məhsulları ixrac edir. Xüsusilə istehsal olunan döyüş sursatları, artilleriya silahı, pilotsuz uçuş aparatları, ağır texnika və digər məhsullar ixrac olunur.*
F.İsazadə