Martın 7-də Mərkəzi Seçki Komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Müstəqil Media Mərkəzininaçılışı olacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
“Sabah Müstəqil Media Mərkəzinin təqdimatı olacaq”, - M.Pənahov çərşənbə axşamı MSK-nin iclasında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinə Komissiyadan verilən məlumata görə, hazırda Prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərin sənədləri yoxlanılır. “Martın 12-də prezidentliyə namizədlərin qeydiyyatı başa çatır. Hazırda prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərin imza vərəqələri və digər seçki sənədlərinin yoxlanması prosesi həyata keçirilir”, - MSK-nin nümayəndəsi qeyd edib. **
F.İsazadə