«Aqrolizinq» ASC 2005-2017-ci illərdə fəaliyyətinin təşkili üçün 1,56 mlrd. manat əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Bu vəsaitlər kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, mineral gübrə və cins heyvanların satın alınmasına yönəldilib", - deyə məlumatda bildirilir.
Bundan başqa, ayrılmış vəsaitlər hesabına 38 rayonda təmir emalatxanaları yaradılıb, mineral gübrələr üçün 6 regional logistika bazası yaradılıb.*
B.Rüstəmbəyov