2017-ci ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 mln. manat vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il “Aqrolizinq” müxtəlif tədbirlərin keçirilməsinə 372,19 mln. manat yönəldib. Xüsuisilə, 342,5 mln. manat 102, min ədəd ASK məhsullarının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alıb”, - hökumətin 2017-ci il ərzində hesabatında qeyd olunur.
Ümumilikdə, 2017-ci ildə “Aqrolizinq” dövlət büdcəsindən 200 mln. manat əldə olunub, daha 172,19 mln. manat cəmiyyətin fəaliyyəti hesabına əldə olunan qaytarılan vəsait təşkil edib.
Hökumətin məlumatına görə, ötən il “Aqrolizinq”in 99,42 mln. manat məbləğində qaytarılmış vəsaiti ASK texnikasının lizinqi, 3,27 mln. manat - texnoloji avadanlığın lizinqi, 49,87 mln. manat - mineral gübrələr və pestisidlərin satışı, 16,26 mln. manat - servis xidmətləri, 3,46 mln. manat - digər xidmətlərin payına düşüb. **
B.Rüstəmbəyov