2018-ci il fevralın 28-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 387,3 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-fevral aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,99% artıb.
Fevral ayında AMB-nin valyuta ehtiyatları 0,11% və ya $6,1 mln. artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.*
A.Əzizov