Prezident İlham Əliyev Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması ilə əlaqədar prezident Vladimir Putinə başsağlığı məktubu göndərib.
“Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”, - deyə məktubda bildirilir.
Qeyd edək ki, qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 39 nəfər həlak olub.*
F.İsazadə