Azərbaycanda qeydiyyata alınan 55 siyasi partiyadan 18-i 2017-ci illə bağlı illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunu MSK sədri Məzahir Pənahov deyib.
“Hələlik 55 siyasi partiyadan 18-i 2017-ci il ərzində maliyyə hesabatını (auditor rəyi ilə birlikdə - İF) Mərkəzi Seçki Komissiyasına təqdim edib”, - M.Pənahov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, partiyaların maliyyə hesabatlarını təqdim etməsi prosesi davam edir.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. **
F.İsazadə