2017-ci ildə Azərbaycanda avtomobil yollarının saxlanması və inkişafına 1 mlrd. 335,6 mln. manat investisiya qoyulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2016-cı ildə Azərbaycanın yol sektorunun inkişafına 1 mlrd. 127,9 mln. manat yönəldilib. Beləliklə, 2017-ci ildə bu məqsədlər üçün ayrılmış investisiyaların həcmi 18,4% artıb.
“Bu vəsait hesabına həyata keçirilən işlər 2,1 milyon əhalinin yaşadığı651 yaşayış məntəqəsini əhatə edib.Xüsusilə, 2017-ci ildə ölkədə 1 min 335,1 km uzunluğunda avtomobil yolları, o cümlədən 313,4 km uzunluğunda respublika əhəmiyyətli, 888,7 km uzunluğunda yerli əhəmiyyətli yollar, Bakıda 133 km uzunluğunda yollar yenidən qurulub”, - hökumətin ötən il ərzində hesabatında qeyd olunur.
Bundan əlavə, hesabat ili ərzində 15 körpü təmir edilib, 13 ədəd piyada keçidi tikilib, 9 ədəd körpü təmir olunub. **
N.Abbasova