Azərbaycanda Amerika Ticarət Palatasınınüzv şirkətləri Azərbaycanda bir sıra turizm layihələrinin həyata keçirilməsində maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə
Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda Amerika Ticarət Palatasının rəhbərliyi ilə görüşdə turizm sahəsində layihələrin reallaşdırılmasını müzakirə edib.
“Xüsusilə, “AmCham” üzvləri şimal bölgəsində - Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılmasında maraqlıdırlar”, - nazirlikdən qeyd ediblər. **
B.Rüstəmbəyov