SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Bakı Ali Neft Məktəbində cümə günü (BANM) "Mühəndislər üçün biznes təhsili" kursuna start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Bu proqram "BP-Azerbaijan" şirkətinin maliyyə dəstəyi ilə BANM-in 5-ci kurs tələbələri üçün nəzərdə tutulub.
BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştələrə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək.
Layihə bu ilinfevral-dekabr aylarını əhatə etməklə 11 ay müddətində həyata keçiriləcək (2018-ci il fevral-dekabr ayları ərzində). Onun dəyəri $180 min təşkil edir.
BANM-ın rektoru Elmar Qasımov məlumat vetib ki, kursun tədris planı 8 moduldan ibarətdir: təqdimat və ünsiyyət, layihələrin idarə olunması, zamanın idarə edilməsi və səmərəliliyi, liderlik, risklərin idarə olunması, maliyyə əsasları, büdcə və xərclərin nəzarəti, insan resurslarıin idarəçiliyinin əsasları və danışıqların aparılması təcrübəsi.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, bu layihə SOCAR və BANM üçün yüksək ixtisaslı yerli mühəndislərin birgə hazırlanması üçün yaxşı imkandır.
“Bu, BP üçün bu çox əhəmiyyətli layihədir. Onun vasitəsilə tələlərin universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının əldə edilməsinə töhfə vermək istəyirik. Yeni kursda tələbələrin əldə edəcəkləri biliklər universitetdən biznesdə karyeraya daha asan keçməyə imkan yaradacaq”, - Q.Cons qeyd edib. **
N.Abbasova