2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə Azərbaycana gələn xarici vətəndaşların sayı 12,3% - 352,074 min nəfərədək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
"Hesabat dövründə Azərbaycana gələn turistlər arasında Rusiya vətəndaşları çoxluq təşkil edib. Onların sayı 103,245 min nəfər (xüsusi çəki 29,3%) olub. İkinci yerdə 87,649 min nəfərlə Gürcüstan (xüsusi çəki 24,8%), üçüncü yerdə 48,657 min nəfərlə Türkiyə (13,8%) qərarlaşıb.
Turistlərin 28,111 min nəfəri İran (xüsusi çəki 7,9%), 13,064 min nəfəri isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olub.*
F.İsazadə