28-29 mart tarixlərində İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Novruz bayramından sonra, 28-29 mart tarixlərində prezident H.Ruhaninin Azərbaycana rəsmi səfəri baş tutacaq”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər İrna prezidentinin səfər proqramı üzərində çalışırlar.
“Səfər zamanı bir sıra hökumətlərarası sazişlərin imzalanması gözlənilir”, - mənbə qeyd edib. **
F.İsazadə