Ankara, Bakı və Tbilisi arasında üçtərəfli hərbi əməkdaşlıq regional sabitliyi möhkəmləndirən amildir. Bunu Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.
Prezident İlham Əliyev bu gün Bakıda L.İzorianı qəbul edib.
“Levan İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib”, - deyə dövlət başçısının saytında verilən məlumatda bildirilir.
Prezident İ.Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.*
F.İsazadə