Martın 15-də Bakıda ilk dəfə keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək. Xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
Cümə günü E.Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə nazirlikdən məlumat verilib.
“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni formatdır”, - nazirliyin mətbuat xidməti E.Məmmədyarovun sözlərindən sitat gətirib.
Əməkdaşlığın yeni formatının təşəbbüsü ilə rəsmi Bakı çıxış edib. **
F.İsazadə