Martın 16-da Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların videokonfrans vasitəsilə növbəti mərhələsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“Martın 16-da sektor sahələri üzrə danışıqlar aparılacaq. Martın sonu-aprelin əvvəlində siyasi danışıqlar keçiriləcək”, - nümayəndəlikdən bildiriblər. **
F.İsazadə