1 fevral 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,439 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Fevralın 1-nə Bakıda 1,314 min (artım 0,4%), bölgələrdə 1,125 min ədəd bankomat (artım 0,2%) quraşdırılıb.
2018-ci ilin yanvar ayında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma tendensiyası qalıb. Xüsusilə 1 fevral 2018-ci il tarixinə onların sayı 65,181 min ədəd (azalma 0,4%) təşkil edib.
Bununla yanaşı, Bakıda 36,801 min ədəd (azalma 0,7%), regionlarda 28,38 min ədəd (azalma 0,1 dəfə) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 63,906 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98%-i quraşdırılıb. **
B.Rüstəmbəyov