«AzerGold» QSC maliyyə məsləhətçisinin seçimi üzrə tenderin müddətini aprelin 9-dək uzadıb. Bu barədə cəmiyyətin elanında deyilir.
"Tenderdə iştirak edən şirkətlərin sayı 3-dən az olduğu üçün təkliflərin qəbul müddətinin aprelin 9-dək uzadılmasına qərar verilib. Tender proseduru aprelin 10-da baş tutacaq", - deyə məlumatda bildirilir.
Əlaqələndirici şəxs – Rafiq Abdullayev (tel. 012 – 505-02-02).*
N.Abbasova