Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Hadisə nəticəsində “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanıb. “OKA” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış iki nəfərin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir. **
F.İsazadə