Bu günədək təkrar bazarda SOCAR-ın (ARDNŞ) korporativ istiqrazları üzrə əməliyyatların həcmi $136 mln. təşkil edib. Bu barədə PSG Kapital şirkətinin məlumatında deyilir.
“İstiqrazların marketmeykeri olan “PSG Kapital” şirkətinin məlumatına görə, indiyədək təkrar bazarda SOCAR-ın istiqrazlarla əməliyyatların həcmi $136 mln. təşkil edib”, - məlumatda qeyd olunur.
Bununla belə, 2018-ci ilin fevral ayı ərzində təkrar bazarda SOCAR-ın $3 mln. 273,757 min dəyərində 3,255 min istiqrazı üzrə alqı-satqı əməliyyatı aparılıb.
2018-ci ilin fevral ayında SOCAR-ın istiqrazları ilə REPO əməliyyatları bazarında fəallıq müşahidə olunub. Belə ki, fevralda 8 bu cür əməliyyat aparılıb. Həmin əməliyyatlar hesabına istiqrazların sahibləri qiymətli kağzılar bazarında $5 mln.-dan artıq məbləğdə vəsait cəlb olunub. Vəsait illik 3,5-4% dərəcə ilə cəlb edilib. **
B.Rüstəmbəyov