Bu gün Azərbaycanda 25 min nəfərlik şəxsi heyətin cəlb olunduğu genişmiqyaslı təlimlər başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub”, - deyə məlumatda bildirilir.
Genişmiqyaslı təlimlərdə müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələri iştirak edir.
Təlimlər martın 17-dək davam edəcək.*
F.İsazadə