2017-ci i9ldə Azərbaycan hökuməti dövlət büdcəsindən xaricdə diplomatik nümayəndəliklərin fəaliyyətinin maliyyələşdirilməsinə 101,4 mln. manat (cari məzənnə ilə $59,5 mln.) yönəldib. Bu barədə “İnterafks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2016-cı ildə hökumət bu məqsədlərə 100,7 mln. manat yönəldib. Beləliklə, 2017-ci ildə bu məqsədlər üçün xərclərin həcmi 0,7% artıb.
“2017-ci ildə dövlət büdcəsindən xaricdə Azərbaycanın 73 diplomatik nümayəndəlik və konsulluğunun fəaliyyətinin təminatına 101,4 mln. manat ayrılıb”, - hökumətin 2017-ci il ərzində hesabatında qeyd olunur. **
A.Əzizov